Kağız jurnalı, Excel cədvəlini və qırx WhatsApp qrupunu bağlayın.
AMS kursunuzu bir paneldə aparır: cədvəl, canlı onlayn dərs, davamiyyət, ödənişlər və valideynlə yazışma. Öz domeninizdə, doqquz dildə.
kart, zəng, müqavilə yoxdur

Akademiyada bir gün
Adi bir çərşənbə. Müdir heç bir cədvəl doldurmur.
-
Dərs başlayır
Öyrənci linkə basır və otağa girir. Sistem gəlişi özü qeyd edir, gecikəni ayırır. Müəllim jurnala bir dəfə də baxmır.

-
Gəlməyənin valideyni bilir
Dərsə gəlməyən uşağın valideyninə on dəqiqə sonra WhatsApp və ya Telegram mesajı gedir. Üç qayıbdan sonra müəllim və ofis də xəbər tutur.

-
Ödəniş linklə gəlir
Ayın beşi keçib? Borclu valideynə ePoint ödəniş linki gedir. Pul düşən kimi borc bağlanır, qəbz yaranır, mühasib heç nə yazmır.

-
Canlı dərs, lövhə ilə
Onlayn qrup üçün öz otağınız: lövhə, fayl, piano, şahmat, kod. Zoom linki axtarmaq yoxdur — dərs cədvəldəki düymədən açılır.

-
Valideyn hər şeyi görür
Gecə on birdə də: uşağın davamiyyəti, qiymətləri, ev tapşırığı və borcu telefonda. Sizə zəng etmədən.

Altı saatlıq öz akademiyanız
Ünvanı seçin, modulları işarələyin. Bir dəqiqəyə nümunə kurslar, müəllimlər, öyrəncilər və ödənişlərlə dolu akademiya hazırdır. Altı saatdan sonra özü silinir.
Pulsuz demo yaradınkart, zəng, müqavilə yoxdur
Hər kəs öz panelində
Eyni sistem, altı fərqli ekran. Hər kəs yalnız öz işini görür.
Hər şeyi görür: kim dərsə girdi, kim ödədi, kim çıxdı. Rollar və icazələr.

Ödənişlər, borclar, xərclər, maaşlar, vergi hesabatları.

Canlı dərs, lövhə, davamiyyət, ev tapşırığı, qiymətlər, materiallar.

Cədvəl, dərsə bir kliklə giriş, tapşırıqlar, testlər, xallar.

Uşağın davamiyyəti, qiymətləri, ödənişləri — telefonda.

Dizayn studiyası, sosial media postları, sayt teması.

Modullar
Əsas sistem hər akademiyada var. Pluginləri sahib paneldən bir kliklə açıb-bağlayır.
Hər akademiyada var
- Akademiya və idarəetməAkademiyanın bütün məlumatı bir paneldə
- İnsanlar və rollarHər kəs öz rolu ilə — sahibdən valideynə qədər
- Kurslar, qruplar və cədvəlKursu qur, qrupları aç, cədvəl özü yaransın
- DavamiyyətKim gəldi, kim gecikdi, kim neçə dəqiqə qaldı
- BildirişlərDərsdən əvvəl xatırlatma — telefona, poçta, Telegram-a
- SaytKurslar, müəllimlər və müraciət forması — hazır sayt
Tədris
Öyrənmə
- Ev tapşırıqlarıTapşırıq ver, cavabları topla, yoxla — hamısı bir yerdə
- Kitabxana və materiallarMüəllimlər fayl, link və video paylaşır — öyrənci hamısını profilində görür
- Kod laboratoriyasıPython və C++ kodu brauzerdə yaz, işlət, avtomatik yoxlat
- SertifikatlarQR kodla yoxlanılan sertifikatlar — bir kliklə bütün qrupa
- Xallar və nişanlarDərsə gəl, tapşırığı et — xal topla
Ünsiyyət
Maliyyə
Necə işləyir
- Akademiyanın növünü və lazım olan modulları seçirik.
- Domeninizi serverə yönləndirirsiniz — quraşdırma bir düymə ilə, HTTPS daxil.
- Müəllimləri, öyrənciləri, valideynləri dəvət edib dərsə başlayırsınız.
İnteqrasiyalar
- Telegram
- ePoint
- LiveKit
- Claude AI
- Google / Apple Calendar
- SMTP
Dizayn sizin
Standart görünüş sadə, qara-ağdır. Saytın dizaynını zip tema ilə tamamilə dəyişmək olar — əvvəl baxış, sonra aktivləşdirmə.
Mobil tətbiq — istəyə görə
Sistem telefonda tətbiq kimi quraşdırılır (PWA, bildirişlərlə). Öz adınızla App Store və Google Play tətbiqi istəsəniz, ayrıca hazırlayırıq.
Akademiyanız üçün danışaq
Nömrənizi yazın — zəng edib demo göstərək və qiyməti deyək.
Sistem telefonda tətbiq kimi quraşdırılır (PWA, bildirişlərlə). Öz adınızla App Store və Google Play tətbiqi istəsəniz, ayrıca hazırlayırıq.